Qrafik dizayn nədir? Qrafik dizayna necə başlamaq olar?

Qrafik dizayn nədir?

Zahir Mirzamammadli
1 min readJul 22, 2020

Qrafik dizayn bir məlumatı izləyiciyə çatdırmaq üçün şəkillər, sözlər və fikirləri birləşdirən vizual ünsiyyət sənətidir. Başqa sözlə, qrafik dizayn fikirləri vizual olaraq çatdırmaq üçün bir yoldur. Qrafik dizayn çap, animasiya, reklam kimi bir çox sahədə istifadə olunur. Qrafik dizayn, təsəvvürünüzə görə hər hansı bir şeyi tərtib etməyə imkan verir. Qrafik dizayn ilə veb sayt dizaynı, illüstrasiya, 3D təsvirlər, tipoqrafiya, loqo dizaynı etmək olar.

Qrafik dizayner nələri bacarmalıdır?

  1. İllustrator, Photoshop, İnDesign, After Effects kimi proqramlarda işləyə bilməli,
  2. Diqqətcil olmalı,
  3. Zamanı idarə edə bilmək bacarığı
  4. Rəqəmsal marketinq haqqında biliklərə sahib olmalı

Qrafik dizaynı asan şəkildə necə öyrənə bilərəm?

  1. Qrafik dizayn məlumatları üçün etibarlı mənbələr tapın
  2. Dizayn nəzəriyyəsində mümkün qədər məlumat toplayın
  3. Dizayn sahəniz üçün lazım olan proqramları əldə edin
  4. Dizayn proqramlarını mənimsəmək üçün müxtəlif mənbələrdən istifadə edin
  5. Özünüzə işləmək üçün bir layihə tapın, bitirdikdən sonra yenə layihə tapın(dayanmayın)

Oxuduğunuz üçün təşəkkürlər.

LinkedIn: https://www.linkedin.com/mwlite/in/zahir-mirzamammadli-055960186

Behance: https://www.behance.net/zahirmirzamammadli

Dribbble: https://dribbble.com/ZahirMirzamammadli

--

--